"Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik" - COP29-un prezidenti

"Bu axşamkı plenar iclaslarda hazır olan qərar və nəticə layihələri qəbul ediləcək".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenar iclasında deyib.
O bildirib ki, artıq son mərhələdir:
"İki həftədir çox gərgin şəkildə çalışırıq və heç kəs əsas hədəflərə dair yaxşı bir nəticə əldə etmədən ayrılmaq istəmir. Dünyanın diqqəti üzərimizdədir. Ancaq zaman bizim tərəfimizdə deyil. Bu səbəbdən əməkdaşlıqların artırılmasını xahiş edirəm. Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacağıq. İndi COP tərəfindən qəbul ediləcək qərarların və nəticələrin dəyərləndirilməsi aparılacaq. Mən, həmçinin sədrlik tərəfindən aparılan məsləhətləşmələrin nəticələri barədə məlumat verəcəyəm".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











