1 milyarddan çox adam eşitmə qabiliyyətini itirə bilər

Planetimizdə 12-35 yaş arasında 1 milyarddan çox insan smartfonlar və pleyerlərdən qulaqlıqla gursəsli musiqi dinləmək nəticəsində eşitmə qabiliyyətini itirə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Azərtac Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, bunu martın 3-də qeyd olunan Beynəlxalq Eşitmə Qabiliyyətinin Qorunması Günü ərəfəsində DST və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının hazırladığı tövsiyə xarakterli hesabatın müəllifləri bildiriblər.
DST-nin baş eksperti Şelli Çadxa deyib: "Təsəvvür edin ki, siz spidometri və sürət məhdudiyyəti olmayan maşında şütüyürsünüz. Biz təklif edirik ki, smartfonlar da bu cür "spidometrlə" təchiz olunsun. Bununla səsin səviyyəsini müəyyən etmək və limitin aşılmasını elan etmək mümkün olsun".
Tövsiyələrdə təklif olunur ki, smartfonlarda və rəqəmsal audiopleyerlərdə yerləşdiriləcək sistem səs yazılarının dinlənilməsi müddətini və səsin gurluğunu müəyyən edə bilsin. Bununla da limitin aşıldığı zaman valideynlər uşaqlarına nəzarət edə bilərlər. Həmçinin gurultu təhlükəli həddə çatdıqda dinləyici xəbərdar edilə bilər.
DST-nin rəhbəri doktor Tedrosun sözlərinə görə, eşitmə qabiliyyətinin itirilməsinin qarşısını almaq üçün çoxlu vasitənin olduğu bir şəraitdə insanların musiqi dinləyərək kar olmasını əngəlləmək mümkündür. "İnsanlar başa düşməlidir ki, itirilən eşitmə qabiliyyətini bərpa etmək mümkün deyil. Bizim yeni tövsiyələrimiz gənclərə musiqidən zövq almaqla yanaşı, sağlamlığını da qorumağa kömək edəcək", -deyə təşkilatın başçısı vurğulayıb.
DST-nin məlumatına görə, planetimizin sakinlərinin 5 faizindən çoxunun - 466 milyon nəfərin eşitmə qabiliyyəti ilə bağlı ciddi problemləri mövcuddur. Onların əksəriyyəti orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə yaşayan yaşlı insanlardır. 2050-ci ildə isə hər on nəfərdən biri bu problemlə üzləşəcək.
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO








