1 milyonluq saatın məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Daily Mail” nəşri dərc edib. Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.
C.Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülkləri barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib: “Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.
Xarici mətbuatda hadisənin təfərratı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb. Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb. Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib. Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır. Britaniya mətbuatı azərbaycanlı turistin ad-soyadını yazmayıb.
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq










