1 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında A.Şixiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə A.Şixiyev 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib.
Belə ki, A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü “Mersedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.
Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Məhkəmənin hazırlıq iclasında A.Şixiyev həbs edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












