10 min avroluq əsəri qatarda unutdu

İncəsənət dünyasının dahilərindən olan Pablo Pikasso təkcə gözəl rəsmlər yaratmırdı. O, özündən sonra xeyli fərqli sənət nümunəsi də qoyub. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Almaniyada 76 yaşlı kişi belə sənət nümunələrindən birini qatarda unudub. O, dəyəri 10 min avro olan keramik su qabını götürməyi yaddan çıxarıb.
Pikasso bu kiçik sənət nümunəsini 1953-cü ildə hazırlayıb. Üzərində “Le Hibou” (fransızcadan tərcümədə “bayquş”) yazılan naxış var. Təqaüdçünün bunu necə əldə etdiyi müəmmalıdır.
Kişi Kasseldən Düsseldorfa gedərkən su qabını da özü ilə götürüb. Qatarda Pikassonun əsərini yerə qoyub. Hamm şəhərində qatarı dəyişmək lazım gəlib. Beləcə, su qabını orada unudub. Yalnız 21 saat sonta itkidən xəbər tutub.
Yaşlı kişi dərhal dəmiryolu şirkətinə müraciət edib. Polis nə qədər axtarsa da, su qabı tapılmayıb. Araşdırma aparılır. Polis kişinin su qabını haradan aldığını da dəqiqləşdirməyə çalışır.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












