11-17 yaşlı uşaqlar dələduzların hədəfində – Valideynlər diqqətli olsun!

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki,bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib.
Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özləri həll etmək istəyirlər:
"Lakin onların riskləri və atdıqları addımların gələcək nəticələrini qiymətləndirmək bacarığı hələ formalaşma mərhələsindədir. Məhz bu psixoloji boşluq onları manipulyasiyalara qarşı son dərəcə həssas edir".
Kolobova qeyd edib ki, fırıldaqçılar yeniyetmələrə güclü emosiyalar - qorxu, həyəcan, maraq, təcili qərar vermə hissi və sevgi vasitəsilə təsir göstərirlər.
Məsələn, cinayətkarlar gənclərdən təcili şəkildə şəxsi məlumatlarını, bank kartı nömrələrini və ya pul vəsaitlərini göndərmələrini tələb edə bilərlər.
Psixoloq bildirib ki, 11 yaşadək uşaqlar da aldadılma riski ilə üzləşirlər, lakin burada tamamilə fərqli ssenarilər tətbiq olunur. Dələduzlar onlara pulsuz hədiyyələr, oyunlar və ya müxtəlif uduşlar vəd edərək tələ qururlar.
Mütəxəssis vurğulayıb ki, bu yaşda uşaqlar virtual aləmdə kiminlə ünsiyyət qurduqlarını həmişə dərk etmirlər, buna görə də yad şəxslərin istəklərini heç bir şübhə etmədən yerinə yetirirlər.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












