12 azərbaycanlı dənizdə çarəsiz qaldı - Kapitan qurumlara çağırış etdi

Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçinin olduğu “Consul” adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər ərazidə gəmilərə davam edən dron hücumları səbəbindən gəmini tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.
Avtosfer.az xəbər verir ki, kapitan Səbuhi Salahov bu barədə “Bakupost”a bildirib.
Onun sözlərinə görə, gəmi Rostova yük götürmək üçün gəlib və Moldovaya bir səfər edib. İkinci səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb.
“Rostova gəldik, buradan yük götürüb Moldovaya getməli idik. Bir səfər etdik. İkinci səfər zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir”, - kapitan deyib.
Dənizçilər qeyd ediblər ki, gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Rəhbərlərindən biri azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.
Gəmi heyəti uzun müddətdir maaşlarının ödənilmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmadığını deyirlər.
“Nə yol pulu verirlər ki, evə gedək, nə yemək pulu verirlər, nə də maaşlarımızı ödəyirlər. Maaşlarımızı alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, səsimizə səs versinlər”, - kapitan əlavə edib.
Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndərilib. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.
S.Salahov qeyd edib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












