1200 avroluq qızarmış ət qalmaqalı: "Sizin ananızı, nəslinizi..." – VİDEO

Almaniyanın "Bavariya" (Münhen) klubunun fransız yarımmüdafiəçisi Frank Riberi ilə bağlı qalmaqal davam edir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, futbolçu "Salt Bae" kimi tanınan türk Nüsrət Gökçənin Birləşmiş Ərəb Əmirliklərindəki "Nusr-Et" restoranında olub. Riberi restoranda 1200 avroya "qızıl steyk" sifariş verib. Bu steyk hazırlanan zaman ətin üzərinə qızıl tozu vurulur. Futbolçu restoranda çəkdirdiyi fotoları İnstagram-da və Twitter-dəki profillərində paylaşandan sonra sosial şəbəkələrin istifadəçiləri Riberini sərt tənqid ediblər.
Onları xüsusilə sinirləndirən məqam Riberinin restoranda adi yox, "qızıl" steyk sifariş verməsi olub. Frank Riberi tənqidçilərə çox sərt cavab verib, onları təhqir edib: "2019-cu il yırtıq prezervativ nəticəsində doğulmuş paxıl heyterlərlə başlanır. Sizin ananızı, nənənizi, bütün nəslinizi... Sizə əsla heç nə borclu deyiləm. Həyatda hər şeyə Allah, özüm və mənə inanan insanlar sayəsində nail olmuşam", - Frank Riberi Twitter-dəki profilində yazıb. "Bavariya" rəhbərliyi Riberini tərbiyəsiz davranışa görə böyük məbləğdə cərimələyib. "O, "Bavariya" üçün yolverilməz sözlər yazıb. Frank belə ifadələrdən istifadə edə bilməz. Onunla danışdım və dedim ki, cəzalanacaq. O da cəzasını qəbul etdi", - "Bavariya"nın idman direktoru Həsən Salihamiciç deyib. "Bavariya"nın bəyanatında isə vurğulanır ki, Riberi restorana reklam kampaniyası çərçivəsində gedib və steykə görə 1200 avro ödəməyib.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








