145 min manatlıq dələduzluq edən şəxsin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Muradovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.
İttiham aktına əsasən, R.Muradov Sevinc Qasımova (ad və soy ad şərtidir) ilə sosial şəbəkədə tanış olub, onların aralarında yaxın münasibət yaranıb. Bu münasibətlərdən sonra R.Muradov qadına və onun ərinə qarşı, ümumilikdə, 144 min 490 manat məbləğində dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












