150 minlik dələduzluq: 6 il ərzində icarəyə götürdüyü avtomobilləri 70 nəfərə satdı

İcarəyə götürdüyü avtomobilləri sosial şəbəkədə beh alaraq, 6 il ərzində 70 nəfərdən 150 min lirə alan şəxs həbs edilib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bartın vilayətində baş verib.
İddiaya görə, O.I., başqa-başqa şəhərlərdən icarəyə götürdüyü avtomobilləri, sosial şəbəkə qruplarında və elan saytlarından, özünü vasitəçi kimi təqdim edərək satışa çıxarıb.
O, aşağı qiymətə satışa çıxardığı maşınlar üçün, beh alıb öz hesabına köçürülməsini istəyib.
Pulu alan O.I., sonra paylaşdığı şəkilləri, əlaqə və hesab nömrələrini dəyişdirib.
Mersin, Niğde, Mardin, Kocaeli, Aksaray və Şanlıurfa vilayətlərindən təxminən 70 nəfərə qarşı 150 min lirə dələduzluq etdiyi məlum olunan O.I., daxil olan şikayətlərdən sonra, Bartın vilayət Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində tutulub.
Həbs edilən O.I.-nın evində və avtomobilində aparılan axtarışlar zamanı, istifadə etdiyi noutbukdan, flaş kartından bank sənədləri və bank kartları aşkarlanıb.
O, məhkəməyə çıxarılaraq həbs edilib.
Namiq

Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz








