16 nəfərə qarşı oğurluq və dələduzluq edən şəxs tutulub

Qubada 16 nəfərə qarşı oğurluq və dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz Əli oğlu tutulub.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.
Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












