17 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Qaradağ rayonunda 17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qaradağ rayon Polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










