2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Almaniyada 2 milyon avro dəyərində olan “Ferrari” “dələduz alıcı” tərəfindən qaçırılıb. Avtosfer.az “vesti.ru”ya istinadən xəbər verir ki, insident ölkənin qərbində yerləşən Noys şəhərində baş verib.

Dələduz elanda gördüyü 1985-ci il istehsalı olan “Ferrari 288 GTO” markalı avtomobilin sahibinə zəng vuraraq almaq istədiyini bildirib. Alıcı ilə razılaşan maşının sahibi görüşüblər. Görüş əsnasında alıcı maşını yoxlamaq üçün test sürüşü etmək istəyib. Satıcı yoxalma sürüşü etmək üçün alıcı ilə yer dəyişib və “dələduz alıcı” sükan arxasına oturan kimi qaza basaraq naməlum istiqamətə aradan çıxıb. Avtomobilinin qaçırıldığını görən “Ferrari”nin sahibi polisə müraciət edib.
Sonrakı gün polis əməkdaşları supercarı Qrevenbrox şəhəri yaxınlığında aşkar ediblər.
Cinayətkarı orada tapmayıblar.
Polis dələduzun yerini bilən hadisə şahidləri axtarır, bu barədə “Associated Press” məlumat yayıb. Maşının sahibinin maşını hansı qiymətə satdığı da məlum deyil.

Bildirək ki, supercar bundan əvvəl “Formula-1”in pilotu Eddi İrvayna məxsusu olub.
Qeyd edək ki, 2019-cu ilin əvvəllərində “Sothebys” hərracında 3,360,000 dollara satılıb.
1984-1985-ci ilin istehsalı olan “Ferrari 288 GTO” cəmi 272 ədəddir.
Namiq
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












