2026-cı ildə Azərbaycanı gözləyən hadisələr: Qonşuda müharibə olacaq

“2026-cı ildə də Rusiya-Azərbaycan münasibətlərində müsbətə doğru dəyişiklik gözləmirəm. Əlbəttə, təmaslar, ticarət və ortaq iqtisadi layihələrin müzakirəsi davam edəcək, ancaq siyasi ab-hava dəyişməyəcək”. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, söhbət təkcə mülki təyyarəmizin raketlə vurulmasına görə gərginləşən münasibətlərdən getmir:
“Cənubi Qafqazda geosiyasi durum dəyişib, Azərbaycan Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa çalışır, Ermənistan hökuməti də eyni yola üstünlük verir. Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu prosesi daha da sürətləndirib.

2026-cı ildə Ermənistanda terror və hərbi çevriliş baş verməsə, Nikol Paşinyanın lideri olduğu partiyanın yenidən parlament seçkilərində qələbə qazanmaq ehtimalı yüksəkdir. Seçkilərdən sonra yeni Konstitusiyanın qəbulu Azərbaycanla sülh sazişinin imzalanmasına şərait yaradacaq, üstəgəl, “Tramp yolu”nun tikintisinə də başlanacaq. Yolun Donald Trampın ABŞ-də prezidentlik müddətinin bitməsinə qədər işə düşməsində fayda var.
Vaxtilə Cənubi Qafqaz ölkələrindən Gürcüstan Qərblə daha sıx əlaqələr qurmuş, Rusiyadan uzaqlaşmışdı. İndi isə tərsindədir, Azərbaycan və Ermənistan Rusiyadan məsafə saxlayaraq, Qərbin siyasi-iqtisadi və təhlükəsizlik institutlarıyla sıx əməkdaşlığa çalışır. Gürcüstan isə bu qurumlardan uzaqlaşaraq, Rusiyanın gizli tərəfdaşına çevrilməkdədir. Halbuki Gürcüstan hökuməti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib. Ancaq bu, üzdə olan siyasətdir, alt qatda Gürcüstan hökuməti Moskva ilə münasibətlərdə zidd addımlar atmır, bu siyasət Kremli məmnun edir. Bu, əsas pullarını Rusiyada qazanan gürcü oliqarx Bidzina İvanişvilinin hökumətə nəzarət etdiyi dövrə qədər davam edəcək”.
Elxan Şahinoğlunun proqnozuna görə, 2026-cı ildə Azərbaycanla İran arasındakı münasibətlər bu il olduğu kimi, ikili xarakter daşıyacaq:
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla tərəfdaşlığa üstünlük verməsiylə yanaşı, qonşu ölkənin mühafizəkar dairələrinin anti-Azərbaycan siyasətində dəyişiklik olmayacaq. Halbuki mühafizəkarları ölkədə ağırlaşan sosial problemlər, gələn il İsrailin növbəti dəfə İrana hücumunun qarşısını necə alacağı düşündürməlidir. Qonşuluğumuzda müharibə ehtimalı yüksəkdir”.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












