239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Malayziya hökuməti göyərtəsində 239 nəfərin olduğu "Malaysia Airlines" aviaşirkətinə məxsus "MH370" reysi ilə itkin düşən təyyarənin qalıqlarının tapılması üçün aparılan axtarış işlərini 30 iyun 2027-ci ilədək uzadıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "The Star" qəzetinin məlumatına görə, qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Malayziyanın nəqliyyat naziri Entoni Lok bildirib ki, axtarış əməliyyatı 1 iyuldan etibarən daha bir il davam etdiriləcək və yeni müddət 30 iyun 2027-ci ilədək qüvvədə olacaq.
Nazir qeyd edib ki, axtarışları həyata keçirən "Ocean Infinity" şirkəti təyyarənin qalıqlarını tapa bilməyəcəyi təqdirdə Malayziya hökuməti şirkətə heç bir ödəniş etməyəcək. Əgər qalıqlar aşkar olunarsa, şirkətə 70 milyon ABŞ dolları məbləğində mükafat veriləcək.
Malayziya 2025-ci ilin dekabrında Hind okeanında "MH370" reysi ilə bağlı axtarış işlərini yenidən bərpa etmişdi.
2014-cü il martın 8-də Kuala Lumpur Beynəlxalq Hava Limanından Pekinə uçan "Malaysia Airlines" aviaşirkətinin "MH370" reysi havaya qalxdıqdan 38 dəqiqə sonra dispetçerlərlə sonuncu dəfə əlaqə saxlayıb.
Hərbi radar məlumatlarına görə, təyyarə planlaşdırılmış marşrutdan kənara çıxaraq qərbə istiqamətlənib, daha sonra isə Hind okeanının cənubuna doğru hərəkət edib.
Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənubunda qəzaya uğradığı ehtimal edilən ərazilərdə aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatlarından biri hesab olunur. İndiyədək yalnız "MH370" reysinə aid olduğu ehtimal edilən bəzi qalıqlar tapılıb, təyyarənin əsas gövdəsi isə hələ də aşkar edilməyib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












