272 nömrəli məktəbdə dava

Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.
Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə) maddəsi ilə cinayət işi başlanılıb. D.İsayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin edilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.
272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə "Report"a açıqlamasında bildirib ki, hadisə məktəbdən kənarda olub: "Onların öz şəxsi problemləri var idi. Hazırda hər iki müəllim məktəbdə çalışır".
Qeyd edək ki, müəllimlərdən biri riyaziyyat, digəri isə ibtidai sinif müəllimi işləyir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













