29 nəfərin yaralandığı avtobus qəzasına görə hər iki sürücü həbs edildi

Bakıda marşrut avtobusunun "Man" markalı yük avtomobili ilə toqquşması ilə bağlı şübhəli şəxs qismində saxlanılan hər iki sürücü həbs olunub. Bakı Şəhər Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aprelin 27-də Xəzər rayonu ərazisində “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili ilə 171 saylı xətt marşrutu üzrə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşmasında şübhəli bilinən sürücülər - 1988-ci il təvəllüdlü Rauf Dadaşov və 1969-cu il təvəllüdlü Hüseyn Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.
Xəzər rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 27-də Bakının Xəzər rayonu ərazisində Mərdəkan-Bakı avtomobil yolunda “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobili həmin istiqamətdə hərəkət edən “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobusda olan 29 nəfər şəxs xəsarətlə xəstəxanaya gətirilib, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












