3 hava limanının işçiləri tətilə başladı: 400-ə yaxın reys təxirə salınıb

Almaniyada 3 hava limanının mühafizə xidmətlərinin əməkdaşları əməkhaqqlarının azlığına etiraz olaraq tətilə başlayıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Köln, Ştutqart və Düseldorf hava limanlarını qoruyan mühafizəçilər işə çıxmaqdan imtina ediblər. Onlar maaşlarının artırılmasını tələb edirlər. Etiraz aksiyası nəticəsində təkcə Düsseldorf şəhərindəki hava limanında 350-370 reys, tətil keçirməmələrinə baxmayaraq, Berlində də bir sıra reyslər təxirə salınıb.
Hazırda Almaniyanın hava limanlarında işləyən təhlükəsizlik xidməti əməkdaşları bir saata 15-17,05 avro əməkhaqqı alırlar. Etiraz aksiyasının təşkilatçısı “Verdi” Həmkarlar İttifaqı bu rəqəmin azı 20 avroyadək artırlmasını tələb edir.
Qeyd edək ki, Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçirmişdilər.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










