3 Hindistan vətəndaşının ölümünə səbəb olan sürücü tutulub

Bakıda xarici vətəndaşlarına ölümünə səbəb olan sürücü tutulub. Bu barədə Avtosfer.az-a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat etmələri, digər sərnişinlər Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimovanın xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












