3 yaşında oğurlanan uşaq 31 il sonra ailəsinə qovuşdu

Çində kişi doğma ailəsini 31 il sonra tapıb. Onu 1988-ci ildə yaşadığı ərazidə oğurlamışdılar.
Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, Çenya Syuepina oğurlananda 3 yaşında imiş. Quyçjou vilayətində tikintidə işləyən valideynləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər. Onlar bütün pullarını axtarışa sərf etmişdilər. Çenyanın valideynləri bir məsələdə lap ağıllı davranıblar. Onlar ilk imknadaca DNT analizlərini polisə veriblər. Məhz bu analiz Çenya ilə qovuşmağa kömək edib.
Syuepina bu müddətdə Hebey vilayətində yaşayıb. Onun adını da dəyişiblər, Tsin Yuytsze ediblər. Çenya bir az ağlı kəsəndən sonra valideyn saydığı adamlara oxşamadığını anlayıb. Onlar hətta sözləri də fərqli deyirmiş.
Hər şeyə təsadüf nəticəsində aydınlıq gəlib. Syuepina keçən il işə düzəlmək üçün DNT analiz təqdim edib, beləcə, polis oxşarlıqdan xəbər tutub. Fevralın əvvəllərində bir daha analiz keçirilib. Bundan sonra Çenyanın valideynləri ilə görüşü təşkil olunub.
Sosial şəbəkələrdəki videoda görüşün necə emosional alınması görünür. Valideynləri onu möhkəm bağrına basaraq, uzun müddət ağlayırlar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












