30 yaşlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.
Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə məhkəmə istintaqı zamanı hadisədə F.Piriyevin təqsiri sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb.
İttihama görə, ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










