300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək

Avropanın ən uzun dayanacaqsız qatar xətlərindən biri açılır. 1300 kilometrdən çox uzunluğu olan xəttin biletləri 10 avrodan başlayaraq satışa çıxarılacaq.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Praqada yerləşən özəl beynəlxalq qatar və avtobus operatoru olan Leo Express Mərkəzi və Şərqi Avropanı birləşdirən nəhəng dəmir yolu layihəsinə başlayır. Şirkət 25 iyun tarixindən etibarən Almaniya, Çexiya və Polşanın əsas şəhər mərkəzlərini Ukrayna sərhədinə qədər dayanacaqsız xətt ilə birləşdirən yeni qatar xidmətlərini istifadəyə verəcəyini açıqlayıb.
Ukrayna sərhədindəki Polşa şəhəri olan Pşemışldən yola düşən qatar Krakov, Ostrava, Praqa, Drezden, Leypsiq və Erfurtdan keçərək Frankfurt-Mayn şəhər mərkəzinə və Frankfurt hava limanına çatacaq. Hər istiqamətdə gündə bir qatar xidməti ilə planlaşdırılan bu xətt sərnişinlərə Avropanın bir ucundan digər ucuna tək bir qatarla səyahət etməyə imkan verəcək.
Leo Express şirkətinin baş direktoru Peter Köler yeni xətt haqqında şərh verərək layihənin simvolik və strateji əhəmiyyətini vurğuladı. Köler bildirib ki, yeni xətt ilə Qərbi və Şərqi Avropa arasındakı dəmir pərdələri aradan qaldırırıq, mühüm Avropa mərkəzlərini birləşdirir və Ukraynaya çıxış təmin edirik".
Bu yay mövsümündə fəaliyyətə başlayacaq bu müasir uzun məsafəli qatarlar rahatlığa üstünlük verir. Sərnişinlər səyahətləri boyunca pulsuz Wi-Fi, cihazlar üçün doldurma stansiyaları, geniş çeşiddə yemək və içkilər və fasiləsiz kondisioner kimi standart imkanlardan yararlanacaqlar.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












