“4-5 saat güclü yağsa, bizi kürüyüb Xəzərə tökər”

“Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir. Hər il də bunu aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntılara bağlayır”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Amma, sual olunur ki, normadan artıq yağan yağıntı küçələrdə üç saat, lap 10 saat qalsın və sonra axıb getsin. Amma, küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Demək ki, bu, tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil.
Dünənki yağıntı da sübut etdi ki, 4-5 saat güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər. Hərçənd ki, 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrup yaradılmışdı. Həmin işçi qrup və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq. 2003-cü ildən bu günə qədər 3.5-4 milyard manata yaxın vəsait ayrılıb. O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı”, - R.nurullayev bildirib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












