4 nəfərin xəsarət almasına səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb

Qobustan rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nemət Abduləliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirələm Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib. Cinayət işində 4 zərərçəkmiş var.
Qeyd edək ki, hadisə bu il fevralın 18-də Qobustan rayonunun Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrliyində baş verib. Rayonun Cəyirli kənd sakini, 35 yaşlı N.Abduləliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü N.Abduləliyev və onun həyat yoldaşı, 35 yaşlı İlhamə Abduləliyeva, oğlu, 7 yaşlı Ayxan Abduləliyev və avtomobildə olan digər sərnişin, qohumları, 42 yaşlı Mahruq Məcidova ağır bədən xəsarətləri alıblar.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












