52 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İlham Mahmurovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra T.Hüseynov ittiham aktını almadığını söyləyib.
Proses fevralın 28-dək təxirə salınıb.
İttiham aktına əsasən, T.Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək ona qarşı 52 min manatlıq dələduzluq edib.
Belə ki, H.Aslani Azərbaycandan T.Hüseynovun adına avtomobil alıb ölkəsinə aparmaq istəyib. O, İranda isə avtomobili öz adına keçirmək niyyətində olub. Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər. Sonradan T.Hüseynov maşınla Bakıya qayıdıb, H.Aslani isə ölkəsinə gedib.
Bir müddətdən sonra H.Aslani Azərbaycana gəlib, T.Hüseynovdan avtomobilini tələb edib. T.Hüseynov isə maşını satdığını, borclarına verdiyini söyləyib.
H.Aslaninin Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan T.Hüseynov qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












