59 yaşlı qadın gün ərzində 10 km. yol qət edir - VİDEO

Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10-15, 1 aya isə 250-300 km-dən çox piyada yol qət edir. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldur.
16 ildir ki, qar-yağış, isti-soyuq demədən ona verilən ərazini gəzib, məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər səhər tezdən işlədiyi 4 saylı poçt şöbəsinin divarında yerləşdirilən qutuya yaxınlaşıb məktubları götürür. Ünvanları müəyyən etdikdən sonra isə işə başlayır. Çatdırdığı məktubların sahibləri, oxuyub sevinəndə isə sanki ona güc gəlir. Gün ərzində 50-60 məktub paylayan qadın, əsgər məktublarını valideynlərinə çatdıranda daha çox sevinir.
Zərinə Həbibova hündürmərtəbəli binalara məktub aparan zaman vətəndaşları tapmadıqda bəzi hallarda 3-4 dəfə qalxıb-düşdüyünü deyir. Yaşının bu çağında yorulmaq bilməyən qadın ayın 4 günü istirahət edir, amma bu günlərdə də hərəkətini dayandırmır.
Mingəçevirdə yaşayan sakinlər də illərdir onlara xidmət edən qadın paçtalyonun məsuliyyətli, mülayim biri olduğunu deyirlər.
Avtomobil sürmək bacarığı da olan zərif cinsin nümayəndəsi, sürətli yerişi ilə daha çox məktub paylamağın mümkün olduğunu deyir. Yorulmaq bilməyən 59 yaşlı qadın bildirir ki, onun üçün ən böyük zövq insanların sevincini bölüşməkdir.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO










