6,5 min il yaşı olan skelet tapılıb

Arxeoloqlar Almaniyanın Bavariya federal bölgəsində neolit dövründə yaşamış gənc insanın yaxşı qalmış skeletini tapıblar.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, alimlərin Fred adlandırdığı skeletin yanında, həmçinin daş balta və dənli bitkinin toxumu aşkarlanıb. Skeletin yaxşı vəziyyətdə qalması torpaqda kalsium oksidinin yüksək konsentrasiyada olması ilə izah edilir.
Qazıntılar çaxır istehsalı kooperativinin ərazidə obyekt tikintisi ilə bağlı planları çərçivəsində aparılıb. Arxeoloqlar bu məqsədlə 13 min kvadratmetr ərazini tədqiq ediblər. Qazıntıların aparıldığı rayonda saxsı qablar və qida qalıqları aşkarlanıb. Burada 4,5 min il bundan öncə yaşamış 12 yaşlı oğlan uşağının skeleti də tapılıb.
Bavariya Almaniyanın arxeoloji tapıntıların dövlətə deyil, torpaq sahiblərinin mülkiyyətinə verilən yeganə federal torpağıdır.
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO










