67 yaşlı qadını avtomobillə vurub qaçan sürücü həbs edilib

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Bakıxanov qəsəbəsində baş verib. Rayon sakini Zamiq Məmmədovun idarə etdiyi 10-FS-939 dövlət qeydiyyatlı "Hyundai-Sonata" markalı avtomobil yolu piyada keçən 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq orada ölüb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Zamiq Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmək), 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV












