“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək - VİDEO

“8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.
Avtosfer.az xəbər verir ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.
Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.
“8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq “Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












