8 saat içində 4 nəfər arxadan bıçaqlandı

İngiltərənin paytaxtı Londonun şimalında yerləşən Edmonton bölgəsində, şənbə gecəsindən bazar günü səhərə qədər - 8 saat ərzində 4 nəfər fərqli yerlərdə yalnız gəzdikləri zaman arxadan bıçaqlanıblar.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, polis ilk hücumun yerli saatla 19.00-da meydana gəldiyini, 45 yaşlarında bir qadının Aberdeen yolunda tək gəzdiyi əsnada arxasından bıçaqlandığı və vəziyyətinin ağır olduğunu bildirib.
İkinci hücum isə bazar səhəri 03.55-də baş verib. 23 yaşında bir gənc, metro stansiyasında bıçaqlanmış halda tapılıb.
Üçüncü hücum, ilk hücumun baş verdiyi əraziyə yaxın bir yerdə meydana gəlib. Qurbanın kimliyi barədə hələlik məlumat verilməyib.
Sonuncu qurban isə 22 yaşlı daha bir gənc olub.
Həmin gənc Vualthamstouv bölgəsindəki Penrhyn küçəsində kürəyindən bıçaqlanıb.
Yaralılar qısa müddət ərzində xəstəxanaya yerləşdirilblər.
Xəstəxanadan bildiriblər ki, 3 nəfərin vəziyəti stabil, 45 yaşlı qadının isə ağırdır.
Polis vətəndaşlara diqqətli olmalarını tövsiyyə edib. Yerli saatla 15.00-da baş verən hücumda şübhəli bilinən şəxsin həbs edildiyini və digərlərinin də axtarışlarının davam etdiyini bildirib.
Bundan əlavə, yaralananların bir-biri ilə əlaqəsinin yoxluğunu, həmçinin hadisənin də terror hücumu olmadığını açıqlayıb.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












