8000 manatı və “Hyundai”ı dələduzluqla ələ keçirən şəxs saxlanılıb

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini F.Bayramlının 8000 manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.
Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə Biləsuvar rayon sakini Davud Abışovun və Bakı şəhər sakini Amil Məmmədovun 2500 manatlarını almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.
Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Maştağa qəsəbə sakini olan bir qadını aldadaraq 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.
Araşdırmalar aparılır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










