88 nömrəli müntəzəm marşrut xətti “BakuBus”a verilib

Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “BakuBus” MMC-nin istismarında olan iritutumlu “İveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib: “Belə ki, avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib”.
"Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər. Həmçinin 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb", - məlumatda qeyd olunub.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA










