9 yaşlı qızın ölümünə səbəb olan sürücünün şikayətinə baxılıb

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şamil Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2015-ci il aprelin 12-də Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonunun ərazisindən keçən 203-cü kilometrliyində baş verib.
Həmin vaxt digər qəza yerindən qayıdan Səhiyyə Nazirliyinin Lənkəran şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına məxsus "Mercedes Vito-111" xüsusi ambulans markalı 90-JX-677 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ş.Qasımov Lənkəranın Siyavar kənd sakini, 26 yaşlı Rəhman Əliverdi oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı, 10 CU 472 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsünün azyaşlı qızı, 9 aylıq Zəhra Sadıqova aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ-2107”nin sürücüsü də daxil olmaqla daha 3 sərnişini - 29 yaşlı Günel Eldar qızı Rəhmanova, Elçin Camal oğlu Rəhmanov və 7 yaşlı Elvin Elçin oğlu Rəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ş.Qasımovun təyin edilən azadlıqdan məhrumetmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxarılıb.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










