AAYDA-dan sürücülərə qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur.
İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.
Əks təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.
Bu səbəbdən sürücülərə hava şəraitini nəzərə almağı və səfərə hazırlıqlı çıxmağı tövsiyə edirik”.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












