AAYDA-dən Şamaxıda körpünün dağılması barədə AÇIQLAMA

Ötən gün bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat gedib. Agentlikdən Avtosfer.az-a bildiriblər ki, son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb: "Məlumat üçün bildirək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istər sə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında yeni 45 metr uzunluğunda yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib.
Xahiş edirik nəzərə alasınız və avtomobil yolları, yol qurğuları ilə bağlı hər-hansı bir məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparasınız.
Öncədən təşəkkürümüzü bildiririk!".
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












