Abbas: “Tək mən deyil, 100-dən çox sərnişin olub”

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə Bakı-Gəncə sürət qatarında yaranan nasazlıq barədə açıqlama yayıb. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, VİP vaqondan foto paylaşaraq qatarın tez bir zamanda yola düşdüyünü qeyd edib. Abbas bildirib ki, bunu böyük bir problem hesab etmir: "Əziz dostlar, Bakıya sağ-salamat gəlib çatmışam. Xəbər başlıqları yazanda bir az diqqətli olaq, çünki məndən başqa qatarda 100-dən çox sərnişin olub. Narahat olmayın, qatar 7 saat yox, 7 dəqiqə ləngidi və bu, böyük bir problem deyil. Öz avtomobilimizdə belə uzaq yol gedərkən müəyyən ləngimələr olur. Əsas sağlıq olsun, böyük problemlər olmasın".
Qeyd edək ki, şənbə günü yeni istifadəyə verilən Bakı-Gəncə sürət qatarı Kürdəmir ərazisində yolda dayanıb. Hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Sözügedən qatarda əməkdar artist Abbas Bağırov da olub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










