ABŞ Bolqarıstana "F-16" tədarükünü təsdiq edib

ABŞ Bolqarıstana 1,7 milyard dollar dəyərində "F-16" tipli təyyarələrin tədarükünü təsdiq edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqon strukturunda Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb. Satışı bu kimi sövdələşmələrin siyasi risklərini qiymətləndirən Dövlət Departamenti təsdiqləyib. O, qərara gəlib ki, təyyarələrin satışı ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə, NATO-nun təhlükəsizliyi, eləcə də Amerikanın əsas tərəfdaşı olan Bolqarıstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək. Bolqarıstan Birləşmiş Ştatlardan 10 ədəd modifikasiya olunmuş "F-16 C/D Block 70/72" təyyarəsi, onlar üçün 10 mühərrik, 10 kommunikasiya sistemi, həmçinin digər avadanlıq və döyüş sursatları almaq istəyir.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












