ABŞ-da 10 ən təhlükəli canidən biri yaxalandı

ABŞ-ın Merilend ştatının polis əməkdaşları axtarışda olan 10 ən təhlükəli caninin siyahısında yer alan Lamont Stefensonu həbs edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda ABC telekanalı məlumat yayıb. 49 yaşlı Stefenson adı Federal Təhqiqatlar Bürosunun siyahısına düşdükdən 147 gün sonra ələ keçib. O, 2014-cü ildə Olqa Decezus adlı sevgilisini və onun itini boğaraq öldürüb, ştatdan qaçıb.
Bundan başqa o Vaşinqton yaxınlığında oxşar qətl törətməkdə şübhəli bilir. Polisin məlumatına görə, o, 6 mart 2019-cu ildə intim münasibətdə olduğu 40 yaşlı Natin Kayı və onun pişiyini öldürüb.
Polis Princ-Corces dairəsində avtomobilini park edən şübhəli şəxs barədə şikayətin daxil olmasından sonra onu saxlayıb. Çağırışla bağlı əraziyə gələn asayış keşikçiləri Stefensonu icarəyə götürülmüş yük maşınında yatmış vəziyyətdə aşkarlayıb.
O əvvəl səfil olduğunu və pis hava şəraitinə görə avtomobilə sığındığını deyib. Ancaq polis əməkdaşlarının sorğu-sualtından sonra əsl adını bildirib və axtarışda olduğunu etiraf edib. Saxlanılan zaman üzərində odlu silahın olduğu deyilir.
Qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu axtarışda olan cinayətkarın yeri ilə bağlı məlumata görə 100 min dollar mükafat təyin etmişdi.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












