ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

ABŞ İrana qarşı hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərcləyib. Bu barədə ABŞ KİV-ləri Pentaqonun Konqresə təqdim etdiyi məlumatlara istinadən xəbər verir. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, Vaşinqtonun döyüş əməliyyatlarını aparmaq üçün gündəlik xərcləri təxminən 890 milyon dollar təşkil edir. Vəsaitin böyük hissəsi silahlanmaya və cavab hücumlarının qarşısının alınmasına yönəldilir.
Dərc olunan məlumatlara görə, təxminən 1,4 milyard dollar İran ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə olunan döyüş sursatlarına xərclənib. Daha 1,7 milyard dollar isə raketdən müdafiə sistemlərinə və İran raketləri ilə pilotsuz uçuş aparatlarının tutulmasına sərf olunub.
Fevralın sonundan etibarən İsrail və ABŞ hərbçiləri genişmiqyaslı zərbə kampaniyası həyata keçiriblər. Məlumata görə, 28 fevraldan başlayaraq İran ərazisində təxminən dörd min müxtəlif obyektə hücum edilib.
Artan xərclər fonunda ABŞ Konqresində Ağ Evin siyasətinə qarşı tənqidlər güclənir. Demokrat Partiyasının bir sıra nümayəndələri bildiriblər ki, administrasiyanın aydın fəaliyyət planı və münaqişənin mümkün bitmə müddəti barədə anlayış olmadan hərbi büdcənin artırılmasını dəstəkləməyə hazır deyillər.
Bununla yanaşı, ABŞ ordusunun artıq böyük müdafiə büdcəsi mövcuddur. Müdafiə üçün təxminən 900 milyard dollar vəsait hələ ötən il təsdiqlənmişdi. Lakin hazırkı döyüş əməliyyatlarının intensivliyi administrasiyanı əlavə maliyyə mənbələri axtarmağa məcbur edir.
Tənqidlər bəzi qanunvericilər tərəfindən də səsləndirilir. Onlar Yaxın Şərqdə hərbi əməliyyatın zəruriliyinin aydın izah edilmədiyini bildirir və xərclərlə bağlı daha çox şəffaflıq tələb edirlər.
Konqres üzvləri üçün qapalı brifinqlər keçirilsə də, Pentaqon əməliyyatın davamı üçün nə qədər əlavə maliyyə lazım olduğunu hələ açıqlamayıb. Bu isə hətta bəzi respublikaçılar arasında da şübhələr yaradır.
Yeni maliyyə paketinin Senatda təsdiqlənməsi üçün ən azı 60 səs lazımdır. Lakin bir sıra qanunvericilərin müqaviməti səbəbindən belə dəstəyi əldə etmək asan olmayacaq.
Eyni zamanda Ağ Ev bildirir ki, əlavə maliyyə İranın qarşısını almaq və hərbi əməliyyatı davam etdirmək üçün vacibdir. Konqres isə artıq ayrılmış vəsaitlərin necə istifadə edildiyi barədə hesabat tələb edir.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












