ABŞ-nin İrandan sonra hədəfi bu ölkədir?

Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, ABŞ Kuba hakimiyyətindən dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi, həmçinin Amerika enerji daşıyıcılarının idxalı daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsini tələb edir.
Nəşrin məlumatına görə, Vaşinqton Havanaya hakimiyyətin tamamilə dəyişməsi üçün vaxt versə də, bəzi rəsmi şəxslərin dərhal istefasını istəyir.
ABŞ Prezidenti Donald Tramp martın 5-də bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya münasibətdə sonrakı fəaliyyət kursunun hazırlanması ilə məşğul olmaq niyyətindədir. Əvvəllər o, dəfələrlə ABŞ-nin təzyiqi altında Venesueladan ada dövlətinə neft tədarükünün dayandırılmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının süqut etməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Tramp bildirib ki, Birləşmiş Ştatlar Kuba üzərində "dost nəzarəti" qura bilər.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












