ABŞ-nin müharibə naziri Trampı İranla müharibəyə məcbur edib? - Politoloq AÇIQLADI

ABŞ-da son günlər siyasi müzakirələrin mərkəzində Pet Heqsetlə bağlı irəli sürülən iddialar dayanır. Nümayəndələr Palatasının bəzi üzvləri onun fəaliyyəti və qərarlarının mümkün nəticələri barədə ciddi narahatlıqlar ifadə edir və bu məsələ artıq impiçment çağırışları səviyyəsinə qədər yüksəlib. Xüsusilə Donald Tramp administrasiyası dövründə qəbul edilən xarici siyasət qərarları və Yaxın Şərqdəki gərginlik fonunda bu müzakirələr daha da aktuallaşıb.
Mövzunun əsas diqqət çəkən tərəflərindən biri də hazırda Pet Heqsetin vəzifəsi, eləcə də nazirliyin rəsmi adının Müharibə Nazirliyi, Petin vəzifəsinin isə müharibə naziri olmasıdır. Digər tərəfdən əhali İranla müharibəyə ordunu sövq etməkdə məhz Pet Heqseti günahlandırır. Trampın bu müharibəyə razılıq verməsində də Pet Heqsetin inandırıcı bəhanələrinin də rolunun böyüklüyü irəli sürülür. Heqset isə Trampdan posta gələrkən nazirliyin və vəzifənin adının dəyişdiyini tələb edib. Son həftlərdə ABŞ-nin təzyiqli siyasətinin nəticəsi kimi bir sıra ABŞ yönümlü medialar Peti müharibə yox, müdafiə naziri olaraq təqdim edir. Lakin ABŞ seqmentində nazirliyin rəsmi saytı “www.war.gov”, nazirliyina dı isə “U.S. Department of War” adlandırılıb. Bəs bu siyasətin arxasında nə dayanır? İranla müharibədə bir çox məsələlərdə məyus olan Tramp Pet Heqseti vəzifədən azad edə bilər, yoxsa indiki halda ona Petin qalmağı sərf edir?
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, İranla müharibəyə görə məsuliyyət Donald Trampın üzərindədir. Doğrudur, Pet Heqset müharibə naziri kimi məsuliyyət daşıyır:

“Üstəlik, son mətbuat konfranslarından birində Donald Tramp Pet Heqsetə işarə edərək faktiki olaraq hamıya nümayiş etdirdi ki, müharibənin başlanmasına o rəvac verib, onu inandırıb. Amma buna baxmayaraq, əgər impiçment məsələsi qalxarsa, Konqresdə əsas hədəf Donald Tramp ola bilər. Müharibəni davam etdirmək Tramp üçün də çətinləşib. Quru əməliyyatı olmadan İrandakı rejimi çökdürmək mümkün olmayacaq. Quru əməliyyatı isə böyük riskdir, Amerika hərbçilərinin ölümü deməkdir. Ona görə də, əlbəttə, indi Trampa və Heqsetə müxalif olan qüvvələr Amerikada fəallaşıblar. İctimai rəy də Amerikada müharibənin əleyhinədir. Bu baxımdan, bəli, Konqresdə təzyiq həm Trampa, həm də Heqsetə qarşı arta bilər. İndiki halda Tramp uğur qazanarsa, bütün məsuliyyəti Müdafiə Nazirliyi rəhbəri Heqsetin üzərinə qoyaraq məsuliyyətdən yayına bilər. Yəni, cəmiyyətə belə bir mesaj verilsin ki, əslində müharibənin başlanması Heqset tərəfindən təşkil olunub. Ona görə də o, özünü doğrultmadığına görə istefaya göndərilir. Amma bu, az ehtimal olunur. Müharibənin başlanması qərarını Heqset verməyib. O, yalnız məsləhət verə bilər. Qərarı isə Amerika Prezidenti Donald Tramp verir və bütün məsuliyyət onun üzərindədir”.
Nurcan Babək
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










