ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “Apache” helikopterinin vurulmasına cavab olaraq İrana zərbələrin tamamlandığını elan edib.
Komandanlıq bu barədə “X” sosial şəbəkəsindəki açıqlamasında bildirib.
“CENTCOM qüvvələri dünən ABŞ Ordusuna məxsus “Apache” helikopterinin vurulmasına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə İrana özünümüdafiə məqsədilə zərbələri başa çatdırıblar”, – bəyanatda deyilir.
CENTCOM-un məlumatına görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.
Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.
ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib.
Məlumata görə, İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin “Apache” helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Iranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib. O, qeyd edib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterlərindən biri vurulub. “Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir”, – Tramp sosial şəbəkə hesabında yazıb.
Trampın “Hücuma cavab verəcəyik” açıqlamasından dərhal sonra Amerika Ordusu İranın strateji liman şəhərlərini hədəf almağa başlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar Ordusu Hörmüz boğazı üzərində “Apache” helikopterinin vurulmasından sonra İrana zərbələr endirməyə başlayıb.
“CENTCOM qüvvələri Şərq vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə saat 01:00-dan) Ali Baş Komandanın əmri ilə özünümüdafiə məqsədilə İrana zərbələr endirməyə başlayıblar. Bu, dünən ABŞ-nin quru qoşunlarına məxsus “Apache” helikopterinin vurulmasına cavabdır”, – komandanlıq “X” sosial şəbəkə hesabında bildirib.
CENTCOM bildirib ki, bu hərəkətlər Tehranın hərəkətlərinə mütənasib cavabdır.
Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin “AH-64 Apache” zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












