Abşeronda küləyin sürəti arabir 30 m/saniyəyədək şiddətlənir

Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ETSN-də yaradılan Qərargahın səhər saat 06:00-a olan operativ məlumatında deyilir. Qeyd olunur ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.
***03:15
17 yanvar saat 03:00-a olan məlumata görə, açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb. Bu barədə ETSN-də yaradılan Qərargahın operativ məlumatında deyilir. Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək, 6,3 dərəcə təşkil edir.
***02:05:41
Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.
"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










