Abşeronda taksi sürücüsünün avtomobilini qaçıran şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elgin Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub
O, məhkəmənin hökmü ilə 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.
Abşeron rayon Polis idarəsinin Cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.
O, nəqliyyat vasitəsi ilə Abşeron rayonunun Goradil qəsəbəsinə gəlib.
E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.
İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












