Administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə məhkəmə başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 1-də Bərdə rayon ərazisində baş verib. Bərdə rayon Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü R.Mamedov 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlayıb.
Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. R.Mamedov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə qisqancliq zəminində baş verib. Belə ki, Ü.Həsənov Bərdə rayonunda Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında satıcı işləyən A.M-ya (ad, soy ad şərti) qarşı ya əxlaqsız hərəkətlər təklif edib. Bundan qadının qohumu R.Mamedov xəbər tutub və ora gələrək Ü.Həsənova 4 bıçaq zərbəsi vurub.
Ü.Həsənov “Bərdə OBA market-7” mağazasının administratoru işləyib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










