ADY karbon kreditləri bazarına çıxmağa hazırlaşır

Asiya İnkişaf Bankı (ADB) "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin dekarbonizasiyası proqramı çərçivəsində iki tender elan edib. Avtosfer.az ADB-yə istinadən xəbər verir ki, layihələr üzrə konsaltinq xidmətləri üçün ümumi büdcə 125 min ABŞ dolları təşkil edir. Bankın məlumatına görə, ADY karbon emissiyalarının azaldılması üçün kompleks tədbirlər həyata keçirir. Buraya dəmir yollarının elektrikləşdirilməsi, günəş panellərinin (fotovoltaik və istilik) quraşdırılması, tullantıların idarə edilməsi sisteminin tətbiqi və proseslərin rəqəmsallaşdırılması və s. daxildir. Bundan əlavə, ADY fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə və enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üzərində çalışır. Bu məqsədlə ADB enerji səmərəliliyi potensialının qiymətləndirilməsi və praktiki tövsiyələrin hazırlanması üçün enerji səmərəliliyi üzrə mütəxəssisin cəlb edilməsi üzrə ikinci tenderi elan edib. "Bu tapşırığın məqsədi ADY-nin enerji istehlakı və istismar təcrübələrinin hərtərəfli qiymətləndirilməsi; dəmir yolu əməliyyatlarında, infrastrukturda və hərəkət tərkibində enerji səmərəliliyinin artırılması imkanlarının müəyyən edilməsi; habelə konkret mərhələləri göstərməklə prioritet və iqtisadi cəhətdən əsaslandırılmış tövsiyələrin və onların reallaşdırılması üçün yol xəritəsinin hazırlanmasından ibarətdir", - ADB-nin məlumatında deyilir.
Digər tender çərçivəsində məsləhətçi ADY-nin karbon kreditləri bazarlarına uğurlu çıxışına, beynəlxalq standartlara uyğunluğunun təmin edilməsinə və karbon vahidlərinin monetizasiyasına yönəlmiş tapşırıqları yerinə yetirəcək. ADY, həmçinin beynəlxalq karbon bazarı mexanizmlərinə uyğun korporativ karbon kvotaları ticarət sistemi yaratmağı planlaşdırır. Bu sistem karbon vahidlərinin monetizasiya edilməsinə və qlobal emissiyaların azaldılması məqsədlərinə töhfə verməyə imkan verəcək. Sistemə karbon izi qiymətləndirilməsi, karbon bazarı standartlarına riayət edilməsi və karbon kreditlərinin ticarəti strategiyası da daxil olacaq. ADB qeyd edir ki, dekarbonizasiya üzrə investisiyalardan əlavə, bank emissiyaların azaldılması üçün maliyyə stimulları yaradan karbon bazarına çıxış yollarını müəyyən etmək niyyətindədir. Layihənin məqsədi ADY-yə karbon kreditlərinin etibarlı monetizasiya strategiyasının hazırlanmasında, onların dəyərinin maksimallaşdırılmasında və COP29 çərçivəsində müəyyən edilmiş beynəlxalq karbon ticarəti prinsiplərinə uyğun strateji ticarət imkanlarının aşkar edilməsində dəstək göstərməkdir. Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb. 1966-cı ildə yaradılmış ADB-nin qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Onun 69 üzvü var, onlardan 49-u region ölkələridir.
Yerli istehsalın inkişafı ölkədəki qiymətlərin enməsinə səbəb ola bilər? – Ekspertdən AÇIQLAMA
Bulvardan “Əhmədli”yə qayıq maşrutu ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Dəmir yolları ətrafında yaşayanların keçidlərdən istifadə etməməsi nələrə səbəb olur? - AÇIQLAMA
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL










