“Aeroflot” şirkəti üç sərnişininin iddiasına cavab verib

“Bizə qarşı verilmiş ərizə “Aeroflot” aviaşirkətinə təzyiq göstərmək cəhdidir”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın “Aeroflot” aviaşirkətinin Baş direktorunun müavini Vladimir Aleksandrov bəyan edib.
Şirkət rəsmisi bildirib ki, ABŞ məhkəməsində üç sərnişinin “Aeroflot”a qarşı iddiası şirkətə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir. Onun sözlərinə görə, hazırda şirkət sərnişinlərin idda tələbləri və şirkətin öhdəlikləri ilə bağlı məsələni araşdırır.
“İddiaçılar reysə gecikdiklərini bildiriblər. Bununla da, hava daşımaları ilə bağlı müqaviləni özlərinin pozduqlarını təsdiq ediblər. Onların məqsədi mətbuatı cəlb etmək yolu ilə bizə təzyiq göstərərək özlərinə sərfəli şətrlərlə razılaşmaya nail olmaqdır”, - V.Aleksandrov qeyd edib.
Xatırladaq ki, “Aeroflot"un üç sərnişini iddia edir ki, şirkət aviareysə qeydiyyat prosesini çox pis təşkil etdiyinə görə onlar "Şermetov" Beynəlxalq Hava Limanında sərnişinlər üçün gözləmə zalına uçuşa 20 dəqiqə qalmış çatıblar və göyərtəyə buraxılmayıblar. Sərnişinlər bildriiblər ki, şirkət onları öz hesablarına yeni bilet almağa məcbur edib və yeni reysin həyata keçiriləcəyi vaxta qədər yaşayış yeri və qida ilə təmin etməyib. Buna görə sərnişinlər “Aeroflot”dan 3,6 mln. dollar təzminat tələb edir.
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi










