"Afətə verilən maşının salonu da Nəsiminin dərisindəndir"

Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib. Avtosfer.az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumasını ələ salıb. "Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir", - Ələkbər bildirib.
Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə "Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz" deyərək, ifaçını müdafiə edib.
Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verildiyini qeyd edib: "Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi... Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib".
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










