"Ağ Şəhər" modeli niyə Bakının digər ərazilərində tətbiq olunmur? – MEMAR

Bakının müasir şəhərsalma layihələrindən biri olan "Ağ Şəhər" yaşayış və biznes məkanı memarlar və şəhərsalma mütəxəssisləri tərəfindən nümunəvi layihələrdən biri kimi qiymətləndirilir. Burada tətbiq olunan yanaşmalar paytaxtın digər ərazilərində də mərhələli şəkildə tətbiq oluna bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri memar Elçin Əliyev səsləndirib.
Onun sözlərinə görə, "Ağ Şəhər"ə hər səfərində eyni sual yaranır: niyə burada formalaşdırılan küçə, meydan, park və piyada məkanlarının layihələndirilməsi təcrübəsi Bakının digər ərazilərində də geniş tətbiq olunmur?
Memar bildirib ki, "Ağ Şəhər"də küçələrin planlaşdırılması, piyada infrastrukturunun təşkili, abadlıq elementləri və memarlıq həlləri vahid konsepsiya əsasında həyata keçirilib. Bu da ərazinin həm estetik görünüşünü, həm də funksionallığını artırır.
Şəhər mühitinin keyfiyyəti təkcə yeni binaların tikintisi ilə deyil, küçə örtüklərinin keyfiyyəti, yaşıllıq zolaqları, ictimai məkanların rahatlığı, küçə avadanlıqları, reklam lövhələrinin vahid standartlara uyğunluğu və ümumi şəhərsalma prinsiplərinə riayət olunması ilə formalaşır.
Elçin Əliyev hesab edir ki, "Ağ Şəhər" layihəsində tətbiq olunan planlaşdırma və idarəetmə modeli göstərir ki, düzgün layihələndirmə, keyfiyyətə nəzarət və müəyyən edilmiş standartlara ardıcıl əməl edildiyi halda yüksək şəhərsalma nəticələrinə nail olmaq mümkündür.
Gələcəkdə Bakının digər ərazilərində həyata keçiriləcək abadlıq və yenidənqurma layihələrində də bu təcrübədən istifadə olunması şəhər mühitinin daha rahat, təhlükəsiz və estetik cəhətdən cəlbedici olmasına töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












