Ağ Şəhərdəki bu yol niyə uzun müddətdir bağlıdır? - FOTO

Paytaxtın Xətai rayonu ərazisində yerləşən Ağ Şəhərdə yeni salınmış yolda bir müddətdir təmir-tikinti işləri aparılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçəsinin kəsişməsindən Babək prospektinədək olan yolda bir neçə aydır nəqliyyatın hərəkəti tam dayandırılıb. Belə ki, kəsişmədəki yol qovşağının Ağ Şəhərin yeni salınmış hissəsinə bardürlər düzülərək hərəkət məhdudlaşdırılıb. Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə məlumat lövhəsi yerləşdirilib və təmir-tikinti işlərinin görüldüyü bildirilib.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, yolun bağlanması Ağ Şəhər layihəsindəki tikinti işləri ilə bağlıdır: “Qeyd olunan ərazidə Ağ Şəhər layihəsi çərçivəsində tikinti işləri davam etdirilir. İşlər tam yekunlaşmadığından məhdudiyyətin aradan qaldırılması hələ mümkün deyil. Tikinti başa çatdıqdan sonra məhdudiyyət ləğv ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.





Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












